Məhərrəmlikdə toy ƏMƏLİYYATI:  185 nəfər...
13 avqust 2021 10:31 (UTC +04:00)

Məhərrəmlikdə toy ƏMƏLİYYATI: 185 nəfər...

Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 
- 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4593
avatar

Mehman Nəbiyev

Oxşar yazılar