Arxa şüşəsi yazılan avtomobil və sürücü
16 iyul 2021 16:08 (UTC +04:00)

Arxa şüşəsi yazılan avtomobil və sürücü

Maşınının arxa şüşəsini yazan sürücü tutuldu - FOTO

Arxa şüşəsinə yazı yazılan avtomobilin sürücüsü saxlanılıb.

Lent.az-ın məlumatına görə, həmin avtomobilin görüntüləri “Facebook”-da yayılandan sonra Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. Nəticədə həmin sürücünün avtomobildə ciddi konstruktor dəyişikliyi etdiyi müəyyənləşib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Lent.az-a açıqlamasında bildirib ki, 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı  avtomobilin sürücüsü Əlizadə İlahi Qəhrəman oğlu saxlanılan zaman avtomobilə baxış keçirilib:

"Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Bu gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əlizadə İlahi Qəhrəman oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Dövlət Yol Polisi hesab edir ki, avtomobillərin arxasına yazılan bu cür şüarlar insanlar arasında pis fikir formalaşdırmaqla yanaşı, eyni zamanda arxadan gələn sürüclərin fikrinin yayınmasına da səbəb olur. Bu yazıları oxuyan sürücülərin fikri yoldan yayındığı üçün qəzalara gətirib çıxara bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, belə yazıları şüşələrə yazmasınlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10809

Oxşar yazılar

Ata traktorla qızını əzib öldürdü

Ata traktorla qızını əzib öldürdü

21 may 2025 , 18:07
Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 17:11
İki santimetrə görə  evinə kompensasiya vermədilər

İki santimetrə görə evinə kompensasiya vermədilər

21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə  şantaj edən  TUTULDU

Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU

21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

21 may 2025 , 12:07
Bakıda toy zamanı  restoran alovlandı - VİDEO

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

21 may 2025 , 11:54