Narkotik tapılan maşın
07 avqust 2021 16:22 (UTC +04:00)

Narkotik tapılan maşın

Maşınından "patı" tapıldı - FOTO

İmişlidə narkotik alverçisi sax.lanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə,İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən rayon sakini Ruslan Səmədzadə və bir yeniyetmə saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxslər narkotik maddəni Elvin adlı şəxsdən aldıqlarını bildiriblər.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan rayonun Yalavac kənd sakini Elvin Quliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.

Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən "patı" və "şüşə" adlanan narkotik maddə - metamfetamin və heroin, eləcə də sellofan torbada və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2107

Oxşar yazılar

Bakıda "Mall"da  qadınların telefonları oğurlandı

Bakıda "Mall"da qadınların telefonları oğurlandı

12 aprel 2025 , 12:52
Bankdan götürdüyü krediti oğurladılar  - Bakıda ŞOK

Bankdan götürdüyü krediti oğurladılar - Bakıda ŞOK

12 aprel 2025 , 12:33
Gədəbəydə küçədən meyit tapıldı

Gədəbəydə küçədən meyit tapıldı

12 aprel 2025 , 12:12
Azərbaycanda məmur iş başında keçindi

Azərbaycanda məmur iş başında keçindi

12 aprel 2025 , 11:33
Abşeronda ƏMƏLİYYAT:  36 nəfər saxlanıldı - VİDEO

Abşeronda ƏMƏLİYYAT: 36 nəfər saxlanıldı - VİDEO

12 aprel 2025 , 11:00
Azərbaycanda şagird vəfat etdi

Azərbaycanda şagird vəfat etdi

12 aprel 2025 , 09:48
İsmayıllıda itkin düşən kişinin meyiti arxdan tapıldı

İsmayıllıda itkin düşən kişinin meyiti arxdan tapıldı

12 aprel 2025 , 09:25
Gəncədə 41 yaşlı kişi özünü bıçaqladı

Gəncədə 41 yaşlı kişi özünü bıçaqladı

12 aprel 2025 , 08:21