Maşından 10 kilodan çox heroin, 1,5 kilo "patı" tapıldı
27 avqust 2021 14:55 (UTC +04:00)

Maşından 10 kilodan çox heroin, 1,5 kilo "patı" tapıldı

Sabirabadda narkotik alverçiləri ələ keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş M.Musayev və Bakı şəhər sakini Ə.Mirzəyev saxlanılıblar. Şəxsi axtarış zamanı M.Musayevdən 59 qrama yaxın, Ə.Mirzəyevdən isə 75 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə M.Musayevə məxsus “Hyundai” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 10 kiloqram 490 qram heroin, 3 kiloqram 360 qram marixuana, 200 qram tiryək, 1 kiloqram 440 qram metamfetamin (patı) və 200 ədəd metadon həbi götürülüb.

# 1575
avatar

Mehman Nəbiyev

Oxşar yazılar