Tərtərin Köçərli kəndində avtomobil təmiri sexindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, yanvarın 13-də rayon sakini olan 1 nəfər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək icarə əsasında işlətdiyi avtomobil təmir məntəqəsindən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Laçın rayon sakini Elgün Məhərrəmov saxlanılıb. Araşdırmalarla onun 1 ədəd generator, 2 ədəd direl və digər təmir məqsədi ilə istifadə olunan alətləri oğurlamaqla zərərçəkmişə 800 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onun digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Maşın təmiri sexi qarət olundu, generator, direl...
Oxşar yazılar

Məktəb direktoru faciəvi şəkildə öldü
3 iyul 2025 , 14:00
Lənkəranda ər arvadını bıçaqladı, sonra özünü öldürdü
3 iyul 2025 , 13:54
Ağcabədidə kanaldan 17 yaşlı oğlanın meyiti tapıldı
3 iyul 2025 , 13:18
Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38