Masallıda dəm qazından boğulan ana və uşaqların FOTOSU  - YENİLƏNİB
12 mart 2024 11:18 (UTC +04:00)

Masallıda dəm qazından boğulan ana və uşaqların FOTOSU - YENİLƏNİB

0

Masallıda dəm qazından boğularaq ölən ana və övladlarının fotosu yayılıb.

Lent.az sosial şəbəkələrə istinadən onların fotosunu təqdim edir:

***

11 mart, saat 11:48

3 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9587

Oxşar yazılar