Lənkəranda "Jiquli" ağaca çırpıldı, ölən var -  YENİLƏNİB
29 fevral 2024 22:44 (UTC +04:00)

Lənkəranda "Jiquli" ağaca çırpıldı, ölən var - YENİLƏNİB

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəzada Lənkəran rayonunun Mamusta kənd sakini, 26 yaşlı Azər Arzuman oğlu Babayev hadisə yerində ölüb.

Lənkəran rayonunun Xanbulan kənd sakini, 26 yaşlı Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 21 yaşlı Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ü.Əzizlinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

***

Saat 22:19

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 214-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ölüb.

İki sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

# 3357
avatar

Oxşar yazılar