Lənkəranda iki qəza  - 10 nəfər yaralandı - YENİLƏNİB
18 may 2025 22:27 (UTC +04:00)

Lənkəranda iki qəza - 10 nəfər yaralandı - YENİLƏNİB

Lənkəranda baş verən yol qəzalarında xəsarət alanların vəziyyəti açıqlanıb.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 18.05.2025-ci il tarixində saat 17:05 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (2-si kişi, 1-i qadın cinsli, 2 azyaşlı olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

18.05.2025-ci il tarixində saat 17:55 radələrində Lənkəran şəhərin Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (3-ü kişi, 2-i qadın cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

21:26

Lənkəranda ayrı-ayrı ünvanlarda yol-nəqliyyat hadisələri baş verib.

Lent.az-ın verdiyi xəbərə görə axşam saatlarında Lənkəran rayonunun ayrı-ayrı ünvanlarında yol-nəqliyyat hadisələri baş verib.

Qəzalardan biri rayonunun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb.

"Toyota RAV4", "Lada Granta", "VAZ-2106", "Nissan" avtomobillərinin və "Mercedes" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzada 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəstəxanadan verilən məlumata görə 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonun Velədi kənd sakinləridir.

Qəzalarda 24 yaşlı Asim Cavid oğlu Nəcəfov, 21 yaşlı Elnaz Əli qızı Nəcəfova, 22 yaşlı Ağa Cavid oğlu Nəcəfov, 9 yaşlı Z. Nəcəfova, 1 yaşlı R. Nəcəfova, 48 yaşlı Rahid Baladadaş oğlu Əskərov, Masallı rayon Həsənli kənd sakini 21 yaşlı Zeynalabdin Nahid oğlu Əliyev, Masallı rayon Sığıncaq kənd sakini 21 yaşlı Ramilə Ramil qızı Rüstəmova, Masallı rayon Sığıncaq kənd sakini 20 yaşlı  Mənsurə Eldəniz qızı Zahidova və Masallı rayonunun Bədəlan kənd sakini 31 yaşlı Murad Rövşən oğlu Əzizov xəsarət alıblar.

Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktlarla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar