Lənkəranda 69 yaşlı kişi  arvadını və özünü   BALTALADI
05 mart 2024 18:41 (UTC +04:00)

Lənkəranda 69 yaşlı kişi arvadını və özünü BALTALADI

Lənkəranda ər arvadına və özünə xəsarət yetirib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Mamusta kəndində baş verib. 69 yaşlı kənd sakini Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 72 yaşlı Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir.

Hər iki şəxs Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Ş.Məlikov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 2949
avatar

Oxşar yazılar