Kürdə batan atanın meyiti tapıldı, qızı axtarılır - YENİLƏNİB
19 aprel 2024 07:58 (UTC +04:00)

Kürdə batan atanın meyiti tapıldı, qızı axtarılır - YENİLƏNİB

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Lent.az-a bu barədə FHN-dən bildirilib. 

Qeyd edilib ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
13.04.2024   
10:48

Kür çayının Ağcəbədi rayonundan keçən hissəsində 2 nəfər batıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, hadisə rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Kür çayında batan şəxslər 2018-ci il təvəllüdlü Səma Süleymanova və atası Vaqif Süleymanovdur.

# 4680
avatar

Oxşar yazılar