Şəkinin Baş Göynük kəndində yabanı halda bitən narkotik bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.