Şəki rayon Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Tahir Mustafayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarıblar.
T. Mustafayev barəsində Şəki rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.