"Kral" və daha 2 şadlıq evinin sahibi  toya görə   cərimələndi
15 iyul 2021 13:21 (UTC +04:00)

"Kral" və daha 2 şadlıq evinin sahibi toya görə cərimələndi

Bərdədə qayda pozuntusuna yol verən restoran sahibləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı “Ay ulduz”, “Kral” şadlıq saraylarında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və “Nəqşicahan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib. 

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Mehman Nəbiyev

Oxşar yazılar