Koronavirus xəstəsi satıcılıq edərkən tutuldu
14 dekabr 2020 15:04 (UTC +04:00)

Koronavirus xəstəsi satıcılıq edərkən tutuldu

Koronavirus xəstəsi mağazasında tutuldu

Yevlaxda müalicə aldığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.
 
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları koronavirus testi pozitiv çıxan və ev şəraitində müalicə təyin edildiyi halda  rayon sakini S. Əliyev karantin qaydalarına zidd davranaraq yaşadığı ünvandan çıxdığını aşkar edilərb. Onun özünə məxsus mağazada faəliyyət göstərərək koronavirus xəstəliyinin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb. S. Əliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. 
 
Hazırda Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981
avatar

Mehman Nəbiyev

Oxşar yazılar