Əldə olunan pul
24 iyun 2022 16:15 (UTC +04:00)

Əldə olunan pul

Kommunal pulu adı ilə insanları aldatdı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edən şəxs vətəndaşları dələduzluq yolu ilə aldadıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, daxil olan şikayətlər əsasında Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub. Araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub.

Faktlarla bağlı Rəfail Əsgərov barəsində toplanan materiallar Abşeron rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə inizbati qaydada həbs edilib.

Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl də Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün saxlanılaraq inzibati qaydada həbs edilmişdi. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Kommunal pulu adı ilə insanları aldatdı

# 2121
avatar

Mehman Nəbiyev

Oxşar yazılar