Kömək etmək istədi, özünü "tok" vurub öldürdü - FOTO
15 yanvar 2022 20:59 (UTC +04:00)

Kömək etmək istədi, özünü "tok" vurub öldürdü - FOTO

Tərtərdə qəzaya uğrayan avtomobilə kömək etmə istəyən şəxsi cərəyan vuraraq öldürüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib.

Avtomobil idarə etməni itirərək elektrik dirəyinə çırpılıb. Bu zaman avtomobilin sürücünə və sərnişinlərə kömək etmək edən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.

O, hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

# 2994
avatar

Oxşar yazılar