Kənddə maşını ağaca çırpdı:  Ölən var
01 dekabr 2022 19:40 (UTC +04:00)

Kənddə maşını ağaca çırpdı: Ölən var

Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil ağaca çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb, xəsarət alanlar var.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri ölüb, 3 nəfər xəsarət alıb.

Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti bərpa ediblər. Hadisə iştirakçılarının kimliyi müəyyənləşdirilir.

# 2400
avatar

Oxşar yazılar