Kənd sakinlərindən odlu silahlar götürüldü
08 yanvar 2021 16:18 (UTC +04:00)

Kənd sakinlərindən odlu silahlar götürüldü

Tərtər rayonunun Evoğlu kənd sakinlərindən 5 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə,Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərinə baxış zamanı 5 ədəd “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251
avatar

Mehman Nəbiyev

Oxşar yazılar