“Kaspi Kids” bağçasında uşağı vuran müəllim işdən qovuldu -YENİLƏNİB
29 may 2025 11:30 (UTC +04:00)

“Kaspi Kids” bağçasında uşağı vuran müəllim işdən qovuldu -YENİLƏNİB

"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı bildirilir.

Lent.az xəbər verir ki, uşağı vuran müəllim işdən qovulub.

Onunla bağlanan əmək müqaviləsinə xitam verildiyi bildirilir.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

***

09:38

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Lent.az-a verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2540

Oxşar yazılar