İstirahət günləri yollarda 4 nəfər öldü
10 yanvar 2022 09:22 (UTC +04:00)

İstirahət günləri yollarda 4 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən həftəsonu törədilən 98 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatla bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.

# 975
avatar

Mehman Nəbiyev

Oxşar yazılar