Astarada ələ keçirilən heroin
20 may 2021 16:24 (UTC +04:00)

Astarada ələ keçirilən heroin

İrandan qarpız gətirən maşında 244 kilo heroin tapıldı - VİDEO - YENİLƏNİB

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, nəticədə 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Belə ki, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya "təzə qarpız" yükü aparan iki ədəd "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük orqanına bəyan edilməli hər hansı predmetlərin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobillərin qoşqularına reaksiya verdiyindən yük nəqliyyat vasitələri Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib, şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitələri əsaslı yoxlanılıb və yük boşaldılıb.

Təkrara yoxlama zamanı yük nəqliyyat vasitələrinin qoşqusunun ön divarının arasındakı boşluqlarda - kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 303 ədəd düzbucaqlı formalı bağlamalarda qablaşdırılma ilə birgə çəkisi 244 kq 605 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat: 15:54

Astara gömrük postunda 244 kiloqram heroin aşkarlanıb.

Lent.azxəbər verir ki. bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, uğurlu əməliyyat nəticəsində 244 kiloqram narkotik vasitə olan heroin ələ keçirilib.

Astarada külli miqdarda heroin ələ keçirildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3552
avatar

Mehman Nəbiyev

Oxşar yazılar