İranın paytaxtı Tehranda kişilərin qarşısında çıxış edən qadın müğənni icazəsiz konsert təşkil etməkdə ittiham edilir.
Lent.az xarici mediaya istinadla bildirir ki, müğənninin vəkili martın 1-də dövlət mediasına deyib ki, müvəkkili və qrupun qalan hissəsi şərti azadlığa buraxılıb.
Yalnız konsertin təşkilatçısı həbsdə qalır.
27 yaşlı Xivə Seyfizadə fevralın 27-də paytaxt Tehrandakı “Emarat Rooberoo” məkanında konserti zamanı saxlanılıb.
Bina Tehranın bədii mərkəzində, kafelər, qalereyalar və teatrlarla dolu bir ərazidə yerləşir.
Solo müğənnilər və DJ-lər tez-tez bu məkanlarda çıxış etsələr də, İran qanunları qadınların kişi tamaşaçılar qarşısında solo çıxışını qadağan edir və onlara yalnız qrup şəklində oxumağa icazə verir.