İranda 10 gün komada  qalan Azərbaycan vətəndaşı öldü
18 yanvar 2025 11:18 (UTC +04:00)

İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı öldü

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 10 gün öncə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə baş vermişdi. Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 39 yaşlı Nəsirov Nəvai Yasin oğlu sürücüsü olduğu avtomobilin qapısını açarkən avtomobil onu vurmuşdu. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb.

Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib.

Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar