Braziliyada yerdən tapılan sikkə ata və qızı sürətlə gələn avtomobilin vurmasından xilas edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, müşahidə videosu ata və qızının mağazanı tərk etdiyini göstərir. Onlar səkidə dayananda ata yerə işarə edir. Bir saniyədən sonra o, əyilib düşən pulu götürür.
Karlos adlı ata və qızı yolu keçməyə hazırlaşarkən qəfil avtomobil onların yanından yüksək sürətlə keçib. Kişi deyib ki, onlar qəpik götürmək üçün dayanmasaydılar, öləcəkdilər.
Bildirilir ki, avtomobilin sürücüsü motosikletçini vurmamaq üçün idarəetməni itirib.
Yerli məlumatlara görə, xoşbəxtlikdən hamı, hətta sürücü də qəzadan sağ-salamat çıxıb.