Kapital Bank Hökumənin pullarının necə geri qaytarıldığını  AÇIQLADI - YENİLƏNİB
18 yanvar 2025 15:02 (UTC +04:00)

Kapital Bank Hökumənin pullarının necə geri qaytarıldığını AÇIQLADI - YENİLƏNİB

Məlumat verildiyi kimi Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindən qalan 80 507 AZN vəsait oğurlanıb. 

Kapital Bankın piar və marketinq şöbəsindən Lent.az-a bildirilib ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kapital Bank tərəfindən dərhal araşdırma başlanılıb və lazımi tədbirlər görülüb. Vəsaitin köçürüldüyü hesab dərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazə verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb. 

Qeyd edək ki, baş verən hadisədə müştəri Cəlil Əliyev bank tərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqla  bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb. Bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Hadisənin ardından müştəri dərhal bankı və Daxili İşlər Nazirliyini məlumatlandırıb. Bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa da bank əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səyi nəticəsində dələduzluq halının qarşısı alınıb.

Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.

***
11:06

Kapital Bank Milli Qəhrəman Hökumə Əliyevanın ailəsindən 80 min manatın oğurlanmasına münasibət bildirib.

Bankın piar və marketinq şöbəsindən Lent.az-a bildirilib ki, mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür.

Ən qısa zamanda nəticələrlə bağlı Sizə məlumat veriləcək.

Qeyd edək ki, naməlum şəxslər mərhum Hökumə Əliyevanın ailəsi ilə əlaqə saxlayaraq, iddialara görə dövlət tərəfindən Milli Qəhəramana ayrılan vəsaiti ələ keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11385
avatar

Oxşar yazılar