İrana narkotik gətirməyə gedən ÇOBAN  tutuldu - FOTO
02 iyun 2022 12:44 (UTC +04:00)

İrana narkotik gətirməyə gedən ÇOBAN tutuldu - FOTO

İranla sərhəddə evdən külli miqdarda narkotik maddə aşkarlanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, mayın 28-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Yardımlı rayon polis əməkdaşları ilə birgə keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı rayonunun Arvana kənd sakini 33 yaşlı Şükürov Elsevər Kamil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini 39 yaşlı Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf edib. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd bağlamada 2 kiloqram 30 qram “marixuana” və qara polietilen salafana bükülmüş 2 ədəd 130 ml qabda maye halda “metadon” narkotik vasitələri aşkar olunaraq götürülüb.

Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

# 2106
avatar

Mehman Nəbiyev

Oxşar yazılar