Rövşən İmanov
14 oktyabr 2021 11:23 (UTC +04:00)

Rövşən İmanov

İnsanları aldadan "makler" saxlanıldı

Şirvanda dələduzluq etməkdə şübhəli bilinən rieltor saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını ələ keçirən Şirvan şəhər sakini, 44 yaşlı Rövşən İmanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, ev alqı-satqısı ilə məşğul olan adıçəkilən şəxs müxtəlif vaxtlarda Şirvan şəhər sakini olan 6 nəfərə mənzil satacağı adı ilə yalan vədlər verərək onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları Rövşən İmanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan şəhər Polis Şöbəsinin (+994 2121) 5-14-50 şəhər və (+994 51) 425-28-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Mehman Nəbiyev

Oxşar yazılar