İmişlidə FACİƏ:  Bir ailənin 3 üzvü qazdan boğulub öldü, biri xəstəxanaya düşdü
08 mart 2025 23:25 (UTC +04:00)

İmişlidə FACİƏ: Bir ailənin 3 üzvü qazdan boğulub öldü, biri xəstəxanaya düşdü

Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, faciə nəticəsində ana Azadova Mehriban İdris qızı, iki azyaşlı övladı Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı vəfat ediblər.

Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

"Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq deyilib.


***
23:24

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602

Oxşar yazılar