İki yaşlı bacısını traktorla əzib öldürdü
30 noyabr 2023 17:00 (UTC +04:00)

İki yaşlı bacısını traktorla əzib öldürdü

Altay diyarında traktor idarə edən 15 yaşlı yeniyetmə iki yaşlı bacısını vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Blaqoveşensk rayonunun Dolinka şəhərində baş verib.

Məlumata görə, oğlan ərazidə zibil yığırmış. Bu zaman təsadüfən traktorla qızı vurub. 

Azyaşlı ağır yaralanıb və həkimlər onu xilas edə bilməyiblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Oxşar yazılar