İki qurumdan birgə ƏMƏLİYYAT:  oğurluq edən qadın saxlanıldı
21 iyun 2022 10:37 (UTC +04:00)

İki qurumdan birgə ƏMƏLİYYAT: oğurluq edən qadın saxlanıldı

Bakıda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Bakı şəhər Nizami rayon sakini Zeynəb Nəriman qızı Bayramova iyunun 20-də saxlanılaraq Binəqədi rayon Polis idarəsinə təhvil verilib.

# 3645
avatar

Mehman Nəbiyev

Oxşar yazılar