Həyətdə avtomobil yandı
12 noyabr 2022 08:14 (UTC +04:00)

Həyətdə avtomobil yandı

Ötən gün saat 22 radələrində Zaqatala rayonunun Dağlı kəndində, kənd sakini Şahin oğlu Muradovun yaşadığı evin həyətində park edilmiş və onun özünə məxsus “VAZ-2112” markalı minik avtomobilində yanğın baş verib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə,  yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

# 1488
avatar

Oxşar yazılar