Hacıqabulda maşın aşdı:  Ölən var
27 fevral 2023 18:14 (UTC +04:00)

Hacıqabulda maşın aşdı: Ölən var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. "Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1821
avatar

Oxşar yazılar