Hacıqabulda heroin satanlar tutuldu -  FOTO
26 avqust 2021 12:34 (UTC +04:00)

Hacıqabulda heroin satanlar tutuldu - FOTO

Hacıqabul sakinlərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi  əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nuru Mirzəyev və Fərid Talıbov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Mehman Nəbiyev

Oxşar yazılar