Gözəllik salonundan pulla dolu seyf oğurlandı
05 avqust 2021 15:31 (UTC +04:00)

Gözəllik salonundan pulla dolu seyf oğurlandı

Bakıda gözəllik salonu qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu ərazisindəki gözəllik salonlarının birindən 20 manat və içərisində 4000 manat və 100 ABŞ dolları pul olan seyfi oğurlanıb.

Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş C.Rüstəmov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3159
avatar

Mehman Nəbiyev

Oxşar yazılar