Göygöldə DƏHŞƏT: kişi arvadını boğub öldürdü  -YENİLƏNİB
11 iyun 2024 23:31 (UTC +04:00)

Göygöldə DƏHŞƏT: kişi arvadını boğub öldürdü -YENİLƏNİB

Göygöldə kişinin həyat yoldaşını boğaraq qətlə yetirməsinin bəzi təfərruatları məlum olub.

Lent.az-ın məlumatına görə Şəmkir rayon sakini Ceyhun Mustafayev və həyat yoldaşı Münəvər Kərimovanın arasında qısqanclıq zəminində mübahisə yaranıb.

Mübahisədən sonra 32 yaşlı kişi özündən 10 yaş kiçin olan həyat yoldaşını boğaraq öldürüb. Hadisədən sonra Ceyhun Mustafayev könüllü olaraq polisə təslim olub.

***

22:43

İyunun 11-də saat 20 radələrində 22 yaşlı M. Kərimovanı Göygöl rayon ərazisində həyat yoldaşının boğaraq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 32 yaşlı Ceyhun Mustafayev polisə könüllü təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3594
avatar

Oxşar yazılar