GÖMRÜKDƏ ƏMƏLİYYAT:  rüşvət alanlar TUTULDU
08 aprel 2025 11:36 (UTC +04:00)

GÖMRÜKDƏ ƏMƏLİYYAT: rüşvət alanlar TUTULDU

Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilib ki, istintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxslər Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs, Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2624

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47