Gəncədə şadlıq evinin inzibatçısı həbs edildi
16 iyul 2021 10:15 (UTC +04:00)

Gəncədə şadlıq evinin inzibatçısı həbs edildi

Gəncədə şadlıq evinin karantin qaydalarını pozması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində "Sevincim" şadlıq sarayının qəbul edilən normadan artıq qonaq qəbul etməsi müəyyən edilib:

"Restoran inzibatçısı (adminstrator) Elşən Hüseynov saxlanıraq rayon Polis İdarəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün inzibati həbs edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000
avatar

Mehman Nəbiyev

Oxşar yazılar