Gəncədə qazi həmyerlisini öldürdü - YENİLƏNİB
08 iyun 2024 09:50 (UTC +04:00)

Gəncədə qazi həmyerlisini öldürdü - YENİLƏNİB

Gəncədə qətl törədən şəxs Vətən müharibəsi iştirakçısıdır.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətl törədən 36 yaşlı Hikmət Manafov Vətən Mürahibəsi iştrikaçısı və 3-cü dərəcəli Vətən Müharibəsi əlilidir. O, "Suqovuşanın Azad olmasına görə" medal və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

***
08:32

İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Hikmət Mamedov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

00:10

Gəncədə həmyerlisini gülləyən tutulub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

***

Saat 20:40

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan Bəxtiyar Heydərovu xilas etmək mümkün olmayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı hadisəni törədənin Kəlbəcər rayon sakini H. Mamedov olması müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5202
avatar

Oxşar yazılar

"Moon Kids"  uşaq bağçasının direktoru saxlanıldı

"Moon Kids" uşaq bağçasının direktoru saxlanıldı

2 iyul 2024 , 16:22
Bakıda KÜTLƏVİ DAVA:  bıçağı qarnına sancdı

Bakıda KÜTLƏVİ DAVA: bıçağı qarnına sancdı

2 iyul 2024 , 15:49
Tibb Universitetinin professoru VƏFAT ETDİ

Tibb Universitetinin professoru VƏFAT ETDİ

2 iyul 2024 , 15:43
Bakıda həbsxanada DAHA BİR ÖLÜM

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

2 iyul 2024 , 14:02
Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42
Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT:  qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:05