Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB
19 iyun 2025 10:45 (UTC +04:00)

Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.

Lent.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Məlumatda o da bildirilir ki, meyiti tapılan Ümid Niftəliyev Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimovla eyni məktəbdə təhsil alıb.  

İlkin müayinələrdən sonra Ü.Niftəliyevin təmir sexində intihar etməsi müəyyən edilib.

Onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub.

***

18 iyun, saat 15:00

Gəncədə yeniyetmənin meyiti tapılıb. 

Lent.az xəbər verir ki, hadisə şəhərin "Mahrasa bağı" adlanan ərazisində qeydə alınıb.

15 yaşlı Ü.M-nin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.

Hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb olunub.

Hadisənin motivi araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276

Oxşar yazılar

Hərbçi arvadının sevgilisini  tarlada güllələdi

Hərbçi arvadının sevgilisini tarlada güllələdi

19 iyun 2025 , 15:39
Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57
Binəqədidə narkokuryerlik edən tiktoker  saxlanıldı -VİDEO

Binəqədidə narkokuryerlik edən tiktoker saxlanıldı -VİDEO

19 iyun 2025 , 13:50
70 kiloqram qızılla  tutulan hərbi attaşedən YENİ XƏBƏR

70 kiloqram qızılla tutulan hərbi attaşedən YENİ XƏBƏR

19 iyun 2025 , 10:30
Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

19 iyun 2025 , 09:50