Gəncədə azyaşlı xəstəzanada vəfat edib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabelyində olan Uşaq Xəstəxanasında baş verib.
Belə ki şəhər sakini 2018-ci il təvəllüdlü Ə. Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq azyaşılının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə 7 yaşlı Ə.Abbasov serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.
Azyaşlının ölümü ilə bağlı araşdırma aparılır.