Gənc oğlanı avtomobil vurdu
24 iyun 2022 03:16 (UTC +04:00)

Gənc oğlanı avtomobil vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Kamal Qibadzadə yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Nurlan Əli
 

# 1596
avatar

Oxşar yazılar