Gənc gəlin 3 uşağı ilə birgə yoxa çıxıb - Bakıda
27 fevral 2023 09:23 (UTC +04:00)

Gənc gəlin 3 uşağı ilə birgə yoxa çıxıb - Bakıda

Bakıda gənc qadın üç uşağı ilə birlikdə itkin düşüb.

Lent.az-ın xəbərinə görə, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev məlumat verib.

O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5, 6, 7 yaşlarında olan qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 4110
avatar

Oxşar yazılar