Füzulidə şirkətin sürücüsü minaya düşdü
12 iyul 2021 12:08 (UTC +04:00)

Füzulidə şirkətin sürücüsü minaya düşdü

Füzulidə işləyən sürücü minaya düşüb.

Füzuli rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, iyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 34 yaşlı Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3777
avatar

Mehman Nəbiyev

Oxşar yazılar