Ələ keçirilən narkotiklər
17 sentyabr 2021 11:01 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Füzulidə narkotik satanlar tutuldu - FOTO

Füzulidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov saxlanılıblar. V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılmış marixuana, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılmış marixuana aşkar edilərək götürülüb. Onların satış məqsədi ilə narkotik vasitə olan marixuananı əldə etdiyi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527
avatar

Mehman Nəbiyev

Oxşar yazılar