Füzulidə AĞIR QƏZA:  yaşlı qadın öldü
23 sentyabr 2022 13:39 (UTC +04:00)

Füzulidə AĞIR QƏZA: yaşlı qadın öldü

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Mincivan-Hacıqabul yolunun 118-ci kilometrliyində qeydə alınıb. 30 yaşlı Kərimli Cəlal Abil oğlunun idarə etdiyi "Qazel" markalı yük maşını ötmə əməliyyatı edərkən 44 yaşlı Məmmədov Elşən Əmir oğlunun idarə etdiyi "Daewo" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Daewo" aşıb. Nəticədə minik maşınının sərnişini 67 yaşlı İmaməliyeva Rahilə Hidayət qızı yerindəcə keçinib. Hər iki sürücü isə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

# 1653
avatar

Mehman Nəbiyev

Oxşar yazılar