Füzuli Diaqnostika Mərkəzinin direktoru həbs edilib? - RƏSMİ AÇIQLAMA
23 may 2021 14:06 (UTC +04:00)

Füzuli Diaqnostika Mərkəzinin direktoru həbs edilib? - RƏSMİ AÇIQLAMA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib.

Füzuli Müalicə Diaqnostika Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir: "Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Direktor Şaiq Şükürov öz işinin başındadır. Kütləvi İnformasiya Vasitələrindən belə mövzulara həssaslıqla yanaşmalarını və belə məlumatları rəsmi qurumlarla dəqiqləşdirmədən yaymamalarını xahiş edirik". 

Qeyd edək ki, bəzi KİV-də Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru Şaiq Şükürovun həbs edilməsi barədə məlumatlar yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8859
avatar

Oxşar yazılar