Futbolçu Şamil Həsənov  narkotiklə tutuldu
07 iyun 2023 16:11 (UTC +04:00)

Futbolçu Şamil Həsənov narkotiklə tutuldu

Rusiyalı futbolçu Şamil Həsənov Moskvada narkotiklə yaxalanıb.

Lent.az xəbər verir ki, idmançı iyunun 6-da Borovskoye şossesini səhv yerdən keçib və buna görə yol polisi onu saxlayıb. Həsənovun əsəbiləşməyə başladığını görən hüquq-mühafizə orqanları onu yoxlamaq qərarına gəliblər. Futbolçunun cibindən mavi rəngli elektrik lentinə bükülmüş bağlama aşkar edilib. Məlumata görə, həmin bağlamada kişinin metadon olub.

Ekspertiza bağlamada olan maddənin mefedron olduğunu müəyyən edib. Həsənova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci (“Qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma”) maddəsi ilə cinayət işi başlanıb. Futbolçu ev dustaqlığındadır.

29 yaşlı Həsənov hazırda Özbəkistanın “Surxan” klubunun futbolçusudur. Futbolçu əvvəllər “Anji”, Mahaçqala “Dinamo”su, “Yenisey” və “Baltika”da çıxış edib.

# 1677
avatar

Oxşar yazılar