Fəhlə bədbəxt hadisə nəticəsində ÖLDÜ
13 avqust 2022 15:00 (UTC +04:00)

Fəhlə bədbəxt hadisə nəticəsində ÖLDÜ

Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.

Nərimanov rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə avqustun 12-i səhər saatlarında paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsi 92 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Aqil Əliyev fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.
 

# 1785
avatar

Oxşar yazılar