Evlərdən və mağazalardan oğurluq edən tutuldu
23 dekabr 2020 12:08 (UTC +04:00)

Evlərdən və mağazalardan oğurluq edən tutuldu

Gəncədə mağazalardan külli miqdarda oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 22-nə keçən gecə Gəncə şəhərindəki mağazaların birindən 4820 manat dəyərində kserokopiya cihazı və ofis ləvazimatları oğurlanıb.

Gəncə şəhəri Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 4 evdən 4200 manat dəyərində 6 ədəd xalça, elektrik naqili, cihazlar, kombi, məişət və kosmetik əşyalar, 3 mağazadan pul, tütün məmulatı, kassa aparatı, 3 ədəd qapı tutacağı, 254 manat dəyərində geyim əşyaları, 1 lombarddan noutbuk və mobil telefon və 1 köşkdən isə 1032 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182
avatar

Mehman Nəbiyev

Oxşar yazılar