Evə girən oğru uşaqların yanında qadına TƏCAVÜZ ETMƏK İSTƏDİ
01 dekabr 2023 16:03 (UTC +04:00)

Evə girən oğru uşaqların yanında qadına TƏCAVÜZ ETMƏK İSTƏDİ

ABŞ-ın Miluoki şəhərində qadın yuxudan oyananda yatağında ona təcavüz etmək istəyən tanımadığı kişini görüb. Hadisə noyabrın 24-də səhər saat 6:45-də baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında qadının evinə girən 18 yaşlı Tijuan Vatson adlı oğru onun yataq otağına gəlib. Daha sonra ona cinsi təcavüz etmək istəyib. Bu zaman qadının uşaqları da otaqda olub.

Qadın oğrunun əlcək taxdığını və ona toxunmağa başladığını görüb. Qadın müqavimət göstərib ondan dayanmasını istəyəndə o, cavabında “sus və dediyimi et” deyib. Mübahisə zərərçəkənin qızı otağa daxil olana qədər davam edib və nəticədə oğru telefonunu qoyub evdən qaçıb.

Qadının çağırışına tez cavab verən polislər şübhəlini saxlaya biliblər. Prokurorlar Vatsonu oğurluq və birinci dərəcəli cinsi təcavüzə cəhddə ittiham ediblər.

Zərərçəkmiş şəxsin telefonunda oğurluq və hücuma cəhd anını əks etdirən videolar tapılıb. Qadın ədalətin bərqərar olmasını və təqsirləndirilən şəxsin qanun çərçivəsində tam şəkildə cəzalandırılmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4062
avatar

Fidan İlqar

Oxşar yazılar